Azərbaycanda tələbə faciəvi şəkildə dünyasını dəyişdi

SOSİAL
15:54 09.07.2021
1692
"Dünən Ali Məktəbimizin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev faciəvi ağır yol qəzası nəticəsində dünyasını dəyişdi".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkədə yazıb.

O bildirib ki, həlak olan tələbə 690 balla universitetə daxil olubmuş: 

"Bəhmən çox istedadlı, bilikli və bacarıqlı tələbələrimizdən biri idi.

O, 690 bal toplayaraq Ali məktəbimizə qəbul olmuşdur. Bu bütün BANM ailəsi üçün ağır itkidir. Mərhumun ailəsinə, yaxınlarına və BANM ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnətlik olsun".

OXŞAR XƏBƏRLƏR