Azərbaycanda telekanallar üzərində nəzarət gücləndirildi

Azərbaycanda telekanallar üzərində nəzarət gücləndirildi
MEDİA
19:29 02.01.2012
2107

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) respublikada analoq və rəqəmsal formatda yayımlanan telekanallar üzərində nəzarəti gücləndirib. Nazirliyin məbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu, yeni dispetçer sisteminin istismara verilməsindən sonra mümkün olub. İB tərəfindən dispetçer xidmətinin teleqüllədən “Teleradio”nun inzibati binasına köçürülməsi üzrə işlər həyata keçirilib. Yeni dispetçer xidmətində 24 və 46 diaqonal televizorlarından istifadə edilir. Onlar həm analoq, həm də yerüstü rəqəmli formatda siqnal qəbul edirlər. Bir televizorda bir neçə rəqəmsal telekanala nəzarət etmək mümkündür. Həmçinin peyk sistemlərindən siqnalların qəbulu təmin edilib. Bu, Bakı və Abşeron yarımadasında, həmçinin respublikanın digər bölgələrində yayımlanan kanallara nəzarəti yaxşılaşdırmağa imkan verir. Peyk siqnallarının qəbulu üçün “Dexing” şirkətinin istehsalı olan peyk qəbuledicilərindən istifadə edilir.

OXŞAR XƏBƏRLƏR