Katarakt

Azərbaycanda terror törədən 26 nəfərlik erməni silahlı birləşməsinin işi icraata götürüldü

SOSİAL
09:59 11.06.2021
101
Azərbaycan ərazisində terror törədən 26 nəfərlik daha bir erməni silahlı birləşmənin barəsində olan cinayət işi icraata verilib.

AZXEBER.COM-un məlumatına görə, erməni terrorçuların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər Faiq Qəniyev və Azad Məcidovun icraatına verilib.

Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
 
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:08 16.06.2021

AVRO-2020: Finlandiya Rusiyaya qol vurdu, sayılmadı

16:56 16.06.2021

Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

16:55 16.06.2021

UEFA prezidenti Bakıda

16:24 16.06.2021

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

16:23 16.06.2021

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

16:21 16.06.2021

"Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir"

16:18 16.06.2021

Ərdoğan: "Bölgədə düşmənçilik ortadan qalxmalıdır"

16:17 16.06.2021

“Şuşada olsaydım, Ərdoğana kəklikotu çayı dəmləyərdim” - Xalq artisti

16:04 16.06.2021

Ərdoğan: “Biz də Qarabağın dirçəlməsinə dəstək göstərəcəyik”

16:00 16.06.2021

"Peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir"

15:59 16.06.2021

Türkiyə Prezidenti: "Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”

15:57 16.06.2021

Ərdoğan: “Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq"

15:46 16.06.2021

Dövlət başçısı: "Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm"

15:42 16.06.2021

Ərdoğan Milli Məclisə gəldi

15:41 16.06.2021

İlham Əliyev: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür"

15:40 16.06.2021

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb