Azərbaycanda terrorçu qrup zərərsizləşdirildi

Azərbaycanda terrorçu qrup zərərsizləşdirildi
Bütün Xəbərlər
00:10 22.02.2012
1749
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi əməliyyat keçirərək İranın xüsusi xidmət orqanı olan “Sepah”ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. MTN-nin məlumatına görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb. Dəstə üzvləri “Sepah”ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.
OXŞAR XƏBƏRLƏR