Azərbaycanda təyyarədən istifadə edən sərnişinlərə şad xəbər
İQTİSADİYYAT
15:05 27.08.2012
2157
Sentyabrın sonlarında ilk dəfə olaraq "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus laynerin göyərtəsi mobil rabitə xidmətlərindən istifadə etməyə imkan verən avadanlıqlarla təchiz olunacaq. AZXEBER.COM-un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə "Azerfon" şirkətinin rəhbəri Yurgen Pits bildirib. Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC aviaşirkətin hava gəmilərində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə AZAL ilə eksklüziv sazişə malikdir. Pitsin sözlərinə görə, ilin sonunadək AZAL-ın bütün aviaparkı belə avadanlıqlarla təchiz olunacaq ki, bu da sərnişinlərin mobil rabitədən istifadəsinə imkan verəcək. Bir müddət əvvəl AZAL, "Azerfon" və İsveçrənin "OnAir" şirkəti MDB məkanında təyyarələrin göyərtələrində bütün rabitə xidmətlərinin göstərilməsi üzrə ilk birgə layihənin işə salındığını elan etmişdilər.