Azərbaycanda Tibb TV fəaliyyətə başladı

Azərbaycanda Tibb TV fəaliyyətə başladı
MEDİA
18:35 09.12.2011
3628
Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kanalın rəhbəri Rüstəm Əliyev yeni layihənin məqsədi barədə danışaraq cəmiyyətin tibb barəsində maariflənməsinə xidmət edəcək kanalın əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibbin son nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına çatdırılacaq. R. Əliyev internet TV-nin kabel televiziyası sisteminə keçidi üçün gərgin iş aparıldığını da diqqətə çatdırıb: “Tibbin bütün istiqamətlərinə aid yeniliklərin yerləşdirildiyi ixtisaslaşmış rubrikaların hazırlanması planlaşdırılır”.
OXŞAR XƏBƏRLƏR