Azərbaycanda tikintiyə 15,3 milyard manat xərcləndi

Azərbaycanda tikintiyə 15,3 milyard manat xərcləndi
Bütün Xəbərlər
22:58 15.01.2013
760
Ölkənin tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək bütün maliyyə mənbələrindən əsas kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən 18,0 faiz çox vəsait yönəldilib, onun 78,8 faizi daxili mənbələr hesabına təmin edilib.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərf edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı, 56,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,3 faizini təşkil edib.
OXŞAR XƏBƏRLƏR