Rayonun Həmyə kəndi ərazisində dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.
AZXEBER.COM Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhər sakini mübahisə zəminində həmyerlisini öldürüb. Sözləri düz gəlməyən 36 yaşlı Siyəzən şəhər sakiniƏləsgərov İlham Ələjdər oğluvə həmyerlisi 39 yaşlıMəmmədov İsrafil Dadaş oğluaralarındakı mübahisəyə son qoymaq üçün dəniz sahilinə gəliblər.İyunun 28-də gecə saat 2 radələrində rayonun Həmyə kəndi ərazisində dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib.Qohumlarının verdiyi məlumata görə, İlham Ələsgərov həmyerlisini döydükdən sonra idarə etdiyi 90 RD 246 qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə onun üstündən keçib.İsrafil Məmmədovun cəsədi müayinə edilməsi üçün Xaçmaz rayon morquna gətirilib.Əldə etdiyimiz məlumata görə, mübahisə Həmyə kəndində bu gün olacaq toy ərəfəsində baş verib. Mübahisə edənlər yaxın qohumdurlar. Belə ki, İlham Ələsgərov bu gün toyu olacaq gəncin dayısı, İsrafil Məmmədov isə əmisidir.Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.