Azərbaycanda toyda ölüm hadisəsi baş verdi

Azərbaycanda toyda ölüm hadisəsi baş verdi
Bütün Xəbərlər
12:58 23.09.2013
1530

Sumqayıtda toy mərasimində ölüm faktı qeydə alınıb. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 21-də şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

Şadlıq evində keçirilən toy məclisində qonaq qismində iştirak edən, Novxanı sakini Taleh Mahmudov qəflətən dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR