Azərbaycanda tükürpərdən olay - Yol kənarında körpə tapıldı - VİDEO

Azərbaycanda tükürpərdən olay - Yol kənarında körpə tapıldı - VİDEO
SOSİAL
09:48 04.05.2020
1922
Hər kəs övlad sahibi olmaq istəyir, arzular qurur və sairə. Lakin valideyn adının məsuliyyəti bəzilərinin çiyinlərinə ağır gəlir. Lənkəranda baş verən hadisə bunun əyani nümunəsidir. Liman şəhərində 7 günlük körpə karton qutuda küçəyə atılıb. Balaca qız uşağı hazırda həkimlərin nəzarəti altındadır.

7 günlük balaca Lənkəran rayonu, Liman şəhəri, Mirzə Ələkbər Sabir küçəsində atılmış vəziyyətdə tapılıb. Səhər saatlarında heyvanlarını örüşə aparmaq üçün evdən çıxan Camal Kazımov dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

O, evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan karton qutu onun diqqətini çəkib. Qutunu açanda isə çaş-baş qalıb.

Körpəni evə gətirən Camal Kazımov atılmış uşaqla bağlı Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə məlumat verib. Bundan sonra körpə polis əməkdaşlarının iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin bir həftə əvvəl doğulan qız uşağı olduğu bildirilib. Həkimlər tərəfindən körpənin vizual müayinəsi aparılıb və vəziyyəti orta ağır qiymətləndirilib. Xəstəxanaya daxil olanda temperaturu aşağı olduğundan o, küvezə yerləşdirilib.

Hazırda körpənin temperaturu normallaşıb. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib.
 
Polis indi həmin uşağın valideynlərini axtarır.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
20:07 24.04.2025
Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
Mahsun xəstəxanaya yerləşdirildi
19:59 24.04.2025
Mahsun xəstəxanaya yerləşdirildi