Azərbaycanda "Uber"in adı dəyişdirildi

Azərbaycanda "Uber"in adı dəyişdirildi
SOSİAL
10:50 06.11.2026
37
Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.

AZXEBER.COM FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin "Quql Pley" (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.
OXŞAR XƏBƏRLƏR