Azərbaycanda uşağı belə xilas etdilər - REAL GÖRÜNTÜ

Azərbaycanda uşağı belə xilas etdilər - REAL GÖRÜNTÜ
Bütün Xəbərlər
11:25 09.10.2014
2005

Dərhal çağırışa reaksiya verilib, çevik Xilasetmə Xidməti hadisə yerinə yollanıb.

Bağlı qapı arxasında 3 yaşlı uşaq xilas edilib.

AZXEBER.COM-un APA TV-yə istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 8-də Nizami rayon Qara Qarayev küçəsi 69 ünvanında qeydə alınıb.

Saat 14.30 radələrində FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə çağırış gəlib.

Dərhal çağırışa reaksiya verilib, çevik Xilasetmə Xidməti hadisə yerinə yollanıb. 3 yaşlı Aylin Mehfaliyeva qapını arxadan bağlayıb və sonra aça bilməyib.Xilasetmə qüvvələri alət və avadanlıqlardan istifadə edərək qapını açıblar.Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Könül Tülparova deyib ki, 2011-ci il təvəllüdlü Aylin Mehfaliyeva Elçin qızı evdə qalıb. Qapını arxadan bağlayıb və sonradan onu aça bilməyib.

OXŞAR XƏBƏRLƏR