Azərbaycanda uşaq avtomobili aşırdı, qardaşı öldü - VIDEO

Azərbaycanda uşaq avtomobili aşırdı, qardaşı öldü - VIDEO
Bütün Xəbərlər
09:02 01.08.2012
1827
Bu barədə APA-ya Balakən Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, ölümlə nəticələnən yol qəzası Balakən şəhər ərazisində qeydə alınıb. Yetkinlik yaşına çatmayan, 1997-ci il təvəllüdlü Balakən şəhər sakini Əhmədov Murad Fəxrəddin oğlu atasına məxsus “VAZ 21099” markalı, 24 BD 269 dövlət nişan nömrəli avtomobillə şəhərin Atatürk küçəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.Baş vermiş yol qəzası zamanı Murad Əhmədovun qardaşı, avtomobildə sərnişin olan 1994-cü il təvəllüdlü Məhəmməd Əhmədov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR