Azərbaycanda vəhhabinin saqqalını kəsən şəxs həbs edildi

Azərbaycanda vəhhabinin saqqalını kəsən şəxs həbs edildi
Bütün Xəbərlər
10:29 09.07.2014
2027

Onun vəhhabilərlə ortaya çıxan şəkilləri də böyük şübhələr yaradıb .

Bir neçə gün əvvəl Sabirabadda dini zəmində baş verən hadisə zamanı Cavanşir Zərbəliyevin saqqalını kəsən Rəmzi Zeynalovun həbs olunması barədə xəbər yayılmışdı. 

Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 ( xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, R. Zeynalovun hərəkətləri həm müfaviq qurumlar, həm də ölkə dindarları tərəfindən pislənilib. Yayılan məlumatlara görə R. Zeynalov bu hərəkəti təxribat məqsədi ilə həyata keçirib. Çünki onun vəhhabilərlə ortaya çıxan şəkilləri də böyük şübhələr yaradıb. 

 

OXŞAR XƏBƏRLƏR