Azərbaycanda vəkilliyə həsr olunmuş yeni jurnal nəşr olunacaq

Azərbaycanda vəkilliyə həsr olunmuş yeni jurnal nəşr olunacaq
Bütün Xəbərlər
16:00 10.04.2013
924

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin (AHİM) “Azərbaycan vəkili” adlı jurnalı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

AZXEBER.COM-un məlumatına görə, nəşrin məqsədi Azərbaycanda vəkilliyin vəziyyətinin öyrənilməsi, bu sahədə müxtəlif hüquqi problemlərin işıqlandırılması, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik hüququ elminin inkişafına töhfə verməkdir.Jurnalın baş redaktoru AHİM-in sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bildirib ki, nəşrin rüblük olaraq 1000 tirajla çapı nəzərdə tutulub. Jurnal Azərbaycanın 837 nəfərlik vəkil icması, həmçinin hüquq ictimaiyyəti arasında pulsuz paylanılacaq.Jurnal 2011-ci ildə təsis olunmuş və əsas məqsədi ölkəmizdə aparılan hüquq islahatlarına töhfə vermək olan AHİM tərəfindən hazırlanır.Jurnalda ölkədə vəkillik, həmçinin məhkəmə-hüquq sahəsində, qanunvericilikdəki yeniliklər barədə yazılar yer alacaq.Nəşr həmçinin, vəkillərin və hüquqşünasların hüququn müxtəlif sahələrinə aid olan aktual problemləri ilə bağlı müəllif yazıları, rüb ərzində beynəlxalq aləmdə vəkillik, həmçinin məhkəmə-hüquq sahəsində baş verən yeniliklər, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da toplanacaq.İlk nömrəsi aprelin sonunda işıq üzü görəcək jurnalın ilk sayında Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə, hüquqi yardım göstərilməsi problemi ilə əlaqədar Anar Bağırovla müsahibələr, mülki, əmək qanunvericiliyindəki problemlərlə bağlı vəkillərin məqalələri və digər yazılar yer alacaq.İlk nömrədə həmçinin, tanınmış hüquqşünaslar, vəkillərin həyatı və fəaliyyəti barədə maraqlı məlumatlar və s. yerləşdiriləcək. Vəkillərə və hüquqşünaslara vətəndaşlar tərəfindən daha çox verilən suallara cavablar da jurnalda yer alacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib