Azərbaycanda vəzifəli şəxsin oğlu narkotiklə tutuldu - silahla gəzirmiş

SOSİAL
12:54 03.06.2020
1263
Balakəndə narkotik satarkən saxlanılan Şamil Qarayev haqqında bəzi faktlar üzə çıxıb.

AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, Ş.Qarayev rayonun Balakən Rayon İcra Hakimiyyətinin Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur. 

Əvvəllər də məhkum olunmuş Ş.Qarayevin kənd ərazisində odlu silahla gəzdiyi bildirilir.

Qeyd edək ki, Ş.Qarayev rayon ərazisində narkotik satarkən saxlanılıb. Onun üzərinə baxış zamanı 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 

 



OXŞAR XƏBƏRLƏR