Azərbaycanda xalq qəhrəmanın nəvəsi öldü

Azərbaycanda xalq qəhrəmanın nəvəsi öldü
Bütün Xəbərlər
15:41 17.10.2014
936

Muradov “Əməkdar mühəndis”, “Fəxri dəmiryolçu” adlarına layiq görülüb.

Uzun illər Bakı Metropolitenində rəhbər vəzifədə çalışmış, xalq qəhrəmanı Sultan bəyin nəvəsi Elbrus Muradov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Media forum"a saytının məlumatına görə, 75 yaşlı Elbrus Muradov oktyabrın 17-də qəfildən dünyasını dəyişib.

Elbrus Muradov 1987-1992-ci illərdə Bakı Metropolitenində baş mühəndis, 1992-1997-ci illərdə “Azərbaycannəqliyyattikinti” şirkətində baş mühəndis, şirkət prezidentinin müavini vəzifələrində işləyib. 1997-də yenidən Bakı Metropolitenində baş mühəndis vəzifəsində çalışıb və 2014-cü ilin fevralına – “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılana qədər bu vəzifəni tutub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılandan sonra Elbrus Muradov cəmiyyət sədrinin müşaviri vəzifəsinə təyin edilib.

“Əməkdar mühəndis”, “Fəxri dəmiryolçu” adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Qeyd edək ki,

1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.

1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı.

Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənərmiş. Bir gün onunla qarşılaşarkən onu tanımayan və sonradan tanıyıb üzürxahlıq edən həmkəndlisinə aşağıdakı bayatını söyləyir:

Mən aşiqəm yarqana,Yar sözünü yar qana.Dünyaya sığmaz başım,Sığınıbdır yarğana.

Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy Iran şahına üz tutur. Şah İranda Rusiyanın erməni cəsuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İskəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.

Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" adlanan dağın zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır:

Mən aşiq qəm qalağı,Dağların qəm qalağı.Dağlardan uca könlüm,Olubdur qəm qalağı.

Mən aşiq dolan gözüm,Dol gözüm,dolan gözüm.Gedərsən qayıtmazsan,Vətəni dolan gözüm.

Sovet imperyasının göndərdiyi xüsusi cəsuslar İranda at oynadıb meydan sulayır, tez-tez qətllər törədirdilər. Göndərilmiş xüsusi cəsuslar Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.

Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunub.

OXŞAR XƏBƏRLƏR