Azərbaycanda xəbər saytının redaktorunun iki azyaşlı övladı evdə yanaraq öldü
Bütün Xəbərlər
12:33 08.10.2011
1961
Azərbaycanın Abşeron rayonunda faciəli hadisə baş verib. Bu barədə APA-ya Abşeron Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Qobu qəsəbəsində “Yeni məhəllə” adlanan ərazidə qeydə alınıb. Qəsəbə sakini Vasif Soltanlıya məxsus yaşayış evində baş verən yanğın nəticəsində mənzildə olan iki azyaşlı uşaq – 11 yaşlı Rüfət Vasif oğlu Soltanlı və 9 yaşlı Əhmədyar yanaraq ölüblər. Faktla bağlı araşdırma aparılır.