Azərbaycanda xeyli polis əməkdaşı cəzalandırıldı

Azərbaycanda xeyli polis əməkdaşı cəzalandırıldı
MAQAZİN
01:47 05.03.2013
2067

İnsan Hüquqları Müvəkkili həbs və müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin vəkillə görüşünün təmin olunmasını vacib sayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatında azadlıqdan məhrumetmə yerləri ilə bağlı apardıqların baxışların nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, hesabatda bildirilir ki, baxış zamanı üzə çıxan qanun pozuntuları ilə bağlı zəruri hallarda Respublika Baş Prokuroruna, daxili işlər və ədliyyə nazirliklərinə məlumat verilib.

Hesabatda bildirilir ki, nəticədə xidməti işin təşkilində yol verdikləri nöqsanlara görə Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinin rəisi polis baş leytenantı Ə. Ağayevə, məsul növbətçilər polis mayorları Y. Talıbova və E. Eldarova, Şəmkir və Gədəbəy RPŞ-lərin müvəqqəti saxlama yerlərinin rəisləri polis baş serjantları S. Hüseynova və E. Babayevə “töhmət” elan edilib.

Masallı RPŞ-nin Müvəqqəti saxlama yerinin polis baş serjantı A. Balakişiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib, məsul növbətçi polis kapitanı Ç. Gözəlova “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq”, ictimai təhlükəsizlik bölməsinin rəisi polis baş leytenantı C. Məmmədova və rəisin xidmət üzrə müavini polis polkovnik leytenantı F. Əliyevə “şiddətli töhmət” elan olunub.

Qəbələ RPŞ-nin məsul növbətçiləri polis baş leytenantları A. Xəlilov və T. Bağırov, müvəqqəti saxlama yerinin rəisi polis baş serjantı N. Əzimov, tabeliyindəki əməkdaşların qanunsuz hərəkətlərinin qarşısını almadığına və qeyd olunan nöqsanlara yol verdiklərinə görə Cəlilabad RPŞ rəisinin əməliyyat işi üzrə müavini Səfər Nuriyev və həmin şöbənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Mehman Ağayev intizam məsuliyyətinə cəlb ediliblər.

Hesabatda qeyd olunur ki, bundan başqa, Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) fəaliyyətinə maneə yaratdıqları üçün Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı R. Şərifova və polis sahə inspektoru, polis leytenantı İ. Məmmədova “töhmət” elan edilib, polis sahə rəisi, polis mayoru E. Ömərova və cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı E. Dəmirova “ciddi xəbərdarlıq” elan olunub, növbətçi köməkçisi, baş serjant B. Talıbov isə intizam məsuliyyətinə cəlb olunub.

Ombusdman eyni zamanda baxışların nəticəsi olaraq həbs yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, hauptvaxtlarda saxlanılan şəxslərin hüquqlarının səmərəli müdafiəsi məqsədilə onların vaxtında vəkillə görüşünün təmin olunmasının vacibliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib