Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edənlər yaxalandılar

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edənlər yaxalandılar
Bütün Xəbərlər
14:46 21.12.2013
709
Xanbaba Babazadəni və Şakir Hacıyevi bıçaqla hədələyərək onlardan 529 manat pul və 1 ədəd mobil telefon alıb avtomobilin çənini benzinlə dolduraraq oradan gediblər
Şamaxıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər yaxalanaıb. AZXEBER.COM-un Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Çıraqlı kəndinin ərazisindəki "Hacı Petrol" yanacaqdoldurma məntəqəsinə "VAZ-2121" markalı avtomobildə gəlmiş 2 naməlum şəxs oranın işçiləri Xanbaba Babazadəni və Şakir Hacıyevi bıçaqla hədələyərək onlardan 529 manat pul və 1 ədəd mobil telefon alıb avtomobilin çənini benzinlə dolduraraq oradan gediblər.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobil rayon ərazisində saxlanılmış, Qobustan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəkir Kərimov və Razi Dəmirov tutulmuşlar. Onlardan 1 ədəd bıçaq və 1 ədəd xəncər götürülüb.
OXŞAR XƏBƏRLƏR