Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.
Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.