Azərbaycanda yanğın ailəni evsiz qoydu

Azərbaycanda yanğın ailəni evsiz qoydu
Bütün Xəbərlər
15:37 23.12.2012
1027

Göyçayda dekabrın 22-si səhərə yaxın saat 5:00 radələrində Əli Kərim küçəsi ev 45-də yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM-un EL TV-yə istinadən xəbər verir ki, Məcidov Xəqani Səfa oğluna məxsus 1-mərtəbəli evin 2 otağı ev əşyaları ilə birgə tamamilə yanıb. Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə zəng vurulduqdan dərhal sonra idaərənin əməkdaşları 3 yanğınsöndürən avtomobillə hadisə yerinə gəliblər. Onların səyi nəticəsində ümumi sahəsi 155 kv. metr olan 4- otaqlı evin 85 kv. metri yanğından mühafizə edilib. Bundan əlavə, evə bitişik 60 kv. metr sahəsi olan mağazanın 2 kv. metri yanıb. Alovun mağazanın 58 kvadratmetrinə və talvar hissəsinə keçməsinin qarşısı alınıb. O cümlədən həyətdə olan avtomobili çıxarmaq mümkün olub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İlkin ehtimala görə, hadisəyə səbəb kimi mavi qazın artıb-azalması göstərilir. Faktla bağlı FHN-in müvafiq qurumları tərəfindən araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR