Ötən il Azərbaycanda qeydə alınan hər 9 yanğından 1-i qəsdən törədilib.
AZXEBER.COM rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il Azərbaycanda ümumilikdə 1 522 yanğın hadisəsi qeydə alınıb.
Onlardan 171-i qəsdən törədilən yanğın olub.
Yanğınların əsas hissəsi təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olub.
Belə ki, 705 yanğın elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 49-u sobaların quraşdırılması və istismarı zamanı qaydaların pozulması, 121-i odla ehtiyatsız davranma, 37-si isə tüstü çəkmə zamanı ehtiyatsızlıq səbəbindən baş verib.
Bundan başqa, istehsalat avadanlıqlarının nasaz olması və texnoloji istehsal prosesi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən 10 yanğın qeydə alınıb.
Fəridə Əsədzadə











































