3 oktyabr 1993: “Bu tarix Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi oldu”

3 oktyabr 1993: “Bu tarix Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi oldu”
ÖZƏL
13:45 03.10.2026
679


Bu gün – oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsinin 33-cü ildönümüdür.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin dövr ölkədə siyasi və iqtisadi baxımdan mürəkkəb vəziyyətin hökm sürdüyü bir vaxt kimi xarakterizə olunur.

Bəs Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın sonrakı inkişafında hansı rol oynadı? Bu siyasi qərarın ölkənin dövlətçilik tarixində əhəmiyyəti nədən ibarət idi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, 1993-cü il oktyabrın 3-ü Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm hadisələrdən biridir:



"Üç oktyabr 1993-cü il Azərbaycanın siyasi tarixində, hüquqi tarixində mühüm bir hadisə ilə yadda qaldı. Ona görə ki, bu tarixdə ilk dəfə olaraq Azərbaycanda Azərbaycan xalqının siyasi iradəsi ilə dövlət başçısı seçildi. Azərbaycan Prezidenti seçildi və Azərbaycan xalqı 98,8 faizlə Heydər Əliyevi hakimiyyətə gətirmiş oldu. Bu, məsələnin bir tərəfi. İkinci, bu 3 oktyabrın tarixiliyi ondan ibarətdir ki, Azərbaycanda müstəqilliyimizi əldə etdikdən sonra legitim hakimiyyət formalaşdırıldı. Yəni xalq özü istədiyi siyasətçini prezident seçdi. Bu da məsələnin ikinci tərəfi”.

Deputatın sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanda dövlət quruculuğu prosesinin sürətlənməsinə və dövlət institutlarının fəaliyyətinin bərpasına təsir göstərib:

"Amma 3 oktyabr tarixi həm də Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bərabər Azərbaycan dövlətçiliyinin firavan edilməsinin başlanğıcı tarixi oldu. Azərbaycanda vətəndaş müharibəsinin dayandırılmasının tarixinə çevrildi. Sonrakı mərhələdə Azərbaycan dövlətinin yenidən qurulması hadisəsinə çevrildi və beləliklə də biz yalnız 3 oktyabr 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil milli dövlətimizi qurmağa başladıq, dövlət qurumlarının funksionallığını bərpa etməyə başladıq, dövlət və vətəndaş arasında etimad mühitini formalaşdırmağı bacardıq”.

H. Babaoğlu bildirib ki, həmin dövrdə ordu quruculuğu və dövlətin iqtisadi əsaslarının formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb:

"Milli ordu qurmağı bacardıq və dövlətçiliyimizin iqtisadi əsaslarını yaratdıq. Beləliklə də 1993-cü il 3 oktyabrdan başlayan yol nəhayət 2020-ci il 27 sentyabra qədər davam etdi. 27 sentyabrdan sonra baş verən 44 günlük müharibə isə əslində Azərbaycan dövlətinin öz xalqı qarşısında və tarix qarşısında imtahanı idi və biz bu imtahanı qələbə ilə, Zəfərlə verməyi bacardıq”.

Deputat vurğulayıb ki, 3 oktyabr 1993-cü il Azərbaycanın sonrakı dövlətçilik tarixində mühüm mərhələlərdən biri kimi qiymətləndirilir:

"Bax, əgər 3 oktyabr olmasaydı, yəqin ki, bu gün ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş Azərbaycan da olmazdı. Ona görə biz bu tarixi mütləq xatırlamalı və özümüzə qarşı, özümüz öz qarşımızda Azərbaycan xalqı öz-özünə isbat verməlidir ki, qəbul etdiyi bu qərar Azərbaycanı necə böyük, necə güclü etdi, necə qalib ölkəyə çevirdi”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
20:41 08.10.2026
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
20:35 08.10.2026
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
20:30 08.10.2026
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
20:26 08.10.2026
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib