Azərbaycanda “Yehovanın Şahidləri” təlimini yayan şəxslər tutuldu

Azərbaycanda “Yehovanın Şahidləri” təlimini yayan şəxslər tutuldu
Bütün Xəbərlər
19:07 19.05.2014
1351
Saxlanılanlardan biri azyaşlıdır
Qaxda “Yehovanın Şahidləri” təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb.
Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, saxlanılanlardan biri azyaşlıdır.
Polisdən bildirilib ki, şöbəyə bir qrup şəxsin rayon ərazisində ev-ev gəzərək, “Yehovanın Şahidləri” təlimini yayması barədə məlumat daxil olub.
Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə 
Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş “Əhdi Ətiq” kitabı götürülüb.
Saxlanılan şəxslərin barəsində inzibati tədbir görülməsi üçün materiallar rayon məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR