Zaqatalada 3 aya yaxındır ki, evli olan ər və arvadın meyiti aşkarlanıb.
AZXEBER.COM-un Kanal S-ə istinadən xəbər verir ki, rayonun Azərbaycan küçəsində yaşayan 1970-ci il təvəllüdlüDavudov Akif Abdulsalam oğluvə onun həyat yoldaşı 1979-cu il təvəllülüİbrahimova Nigar Heydər qızına bacısının dəfələrlə zəng edilməsinə baxmayaraq telefon zənglərinə cavab verilməyib. Şübhələnən qohumlar onların yaşadıqları evə gəlib və faciəylə qarşılaşıblar. Ər və həyat yoldaşı yaşadıqları evdə ölü tapılıblar. İlkin ehtimallara görə onlar iki gün əvvəl küləkli hava şəraitində evə qaz sızmasından dünyalarını dəyişiblər. Meyitlər müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.