Hacıqabul rayonunda yeni doğulmuş körpə küçəyə atılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Babək küçəsi ev 4-ün 3-cü mərtəbəsində 5-6 günlük oğlan uşağı tapılıb. Körpə Hacıqabul rayon Xəstəxanasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.