Azərbaycanda yeni internet radio və televiziya yayıma başlayır

Azərbaycanda yeni internet radio və televiziya yayıma başlayır
MEDİA
18:07 29.09.2016
2566
3 oktyabr 2016-cı il saat 12:00-dan etibarən Azərbaycan mediasında yeni internet Radio və Televiziya özünün ilk efir yayımına start verəcək.
 
AZXEBER.COM xəbər verir ki, saytın adı butafm.az olacaq.
 
Butafm Radio və Televiziya” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb.
 
"MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ...” devizi ilə fəaliyyət göstərən radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələr ilə sizlərin görüşünə gəlməkdir.
 
Bunlarla bərabər, Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.
 
"Butafm Radio və Televiziya” MMC-nin direktoru Əlizadə Azər İsabala oğlu, icraçı direktoru Bayramov Teymur Rzaqulu oğlu, texniki direktoru Abbasov Abbas Zeynəlabdin oğlu, baş redaktoru Mahmudzadə Şəhanə Müşfiq qızıdır.
 

OXŞAR XƏBƏRLƏR