'Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri' müzakirə olunub

MEDİA
14:51 14.03.2012
1551
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə “Yeni Media vasitəsilə İcma Gəncləri Sülh Quruculuğu Proqramı” çərçivəsində “Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri” mövzusunda növbəti dəyirmi masa keçirib. AZXEBER.COM-un məlumatına görə, Hilton otelində baş tutan görüşdə müstəqil jurnalist Seymur Kazımov “Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri”, professor Niyazi Mehdi “Mədəniyyətin mahiyyətində gizlənən düşməniçlik və Yeni Media”, Humanitar Tədqiqatlar Cəmiyyətinin Rəhbəri Əvəz Həsənov isə “Münaqişənin tənzimlənməsində Yeni Medianın rolu” mövzusunda məruzələr ediblər.
OXŞAR XƏBƏRLƏR