Azərbaycanda yeni şura yaradıldı

Azərbaycanda yeni şura yaradıldı
Bütün Xəbərlər
12:45 31.05.2015
1190
Şura üzvlərinin səlahiyyət müddəti 2 ildir.
Nazirlər Kabineti “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”ni təsdiq edib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, Əsasnaməyə əsasən Ekspertlər Şurası texnoparkın səlahiyyətli orqanı, dövlət elm və təhsil müəssisəsinin yanında yaradılan texnoparklarda isə həmin müəssisə (bundan sonra - dövlət elm və təhsil müəssisəsi) tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.
Ekspertlər Şurasının əsas vəzifələri ərizəçilərin innovasiya layihələrinə və texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək, səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etməkdir. Ekspertlər Şurası öz vəzifələrini həyata keçirmək üçün texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək, səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq, innovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək hüquqlarına malikdir.
Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 nəfərdən ibarət tərkibdə təşkil edilir. Ekspertlər Şurasının fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsi səlahiyyətli orqan tərəfindən təmin olunur və Ekspertlər Şurasının üzvlərinin vəzifələrinin və hüquqlarının həyata keçirilməsi üzrə yaranan maliyyə xərclərini idarəedici təşkilat ödəyir. Ekspertlər Şurasının tərkibi səlahiyyətli orqan tərəfindən təsdiq edilir. Ekspertər Şurasının üzvlərinin səlahiyyət müddəti 2 ildir. Ekspertlər Şurasının üzvləri növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Ekspertər Şurasının hər hansı üzvü (üzvləri) istənilən səbəbdən Ekspertlər Şurasının işində iştirak edə bilmədikdə və ya Ekspertlər Şurasının sədrinin təqdimatına əsasən Ekspertlər Şurasının tərkibindən kənarlaşdırıldıqda, səlahiyyətli orqan onun əvəzinə yeni üzv (üzvlər) təyin edir və bu təyinat barədə Ekspertlər Şurasının sədrini və idarəedici təşkilatı xəbərdar edir. Ekspertlər Şurasına səlahiyyətli orqan tərəfindən vəzifəyə təyin və azad edilən sədr rəhbərlik edir. Ekspertlər Şurasının iclaslarına sədrliyi Ekspertlər Şurasının sədri, iclasların təşkilini və işinin əlaqələndirilməsini isə Ekspertlər Şurasının katibi yerinə yetirir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, Ekspertlər Şurasına daxil olan innovasiya layihələri və verilmiş rəylər barədə məlumatlar, eləcə də qəbul edilmiş qərarlar və digər sənədlər konfidensial xarakter daşıyır və onların ictimaiyyətə, həmçinin üçüncü şəxslərə açıqlanmasına yol verilmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır