Təhsil Nazirliyi Azərbaycanda maarifləndirici televiziyanın – “Təhsil TV”nin yaradılması ilə bağlı layihə həyata keçirir. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, yaxın aylarda yeni layihənin təqdimatı gözlənilir.