Azərbaycanda yeni tikilən yol bu hala düşdü - FOTOLAR

Azərbaycanda yeni tikilən yol bu hala düşdü - FOTOLAR
Bütün Xəbərlər
15:56 27.11.2012
2078
Salyanın 10-a yaxın kəndi ilə əlaqə kəsilib; yeni açılan Kürsəngi-Yolüstü avtomobil yolu keçilməz olub
Salyan rayonunun 10-a yaxın kəndinin sakinləri birlikdə ölkə prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlayıblar. 
Son günlər havaların yağışlı keçməsi səbəbi ilə onsuz da bərbad vəziyyətdə olan Salyan-Şirvan magistral yolunda hərəkətin mümkünsüz olduğunu bildirən rayon sakinləri prezidentdən kömək istəyiblər. Rayon sakinlərdən “musavat.com”a verilən məlumata görə, “Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovdan ölkə başçısına şikayət ediblər. Sakinlər iddia edirlər ki, sonuncu dəfə Sovet dövründə asfaltlanan magistral yol bərbad hala düşüb, böyük çökəkliklər meydana gəlib, bir sözlər yol tamamilə dağılıb. Tez-tez avtomobil qəzalarının baş verdiyini deyən rayon sakinləri qeyd ediblər ki, Salyan-Şirvan magistral yoluna baxan “Azəryolservis” ASC-nin tabeliyində olan yolların mühafizə idarəsi ləğv olunub. Rayon sakinlərinin bildirdiyinə görə, əvvəllər yola heç olmasa daşdan qumdan tökülürmüş. Ən yaxşı halda isə magistral yola yamaq vurulurmuş. Son iki ildə isə yola bir vedrə belə olsun qır tökülməyib.Kürsəngi-Yolüstü avtomobil yolu dağılıb Salyan sakinləri bildiriblər ki, bir neçə ay öncəsi tikintisinə başlanılan on min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi–Yolüstü avtomobil yolu istifadəyə veriləndən bir qədər sonra dağılıb. Yeni yolda dərin çuxurların meydana gəlib.
Salyanın 10-a yaxın kəndinin sakinləri noyabrın 29-da rayon icra hakimiyyətinə yürüş etməyi planlaşdırırlar.
Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprel ayında Salyan rayonunun kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün 4 milyon vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR