Azərbaycanda yeni xəbər televiziyası yayıma başladı

Azərbaycanda yeni xəbər televiziyası yayıma başladı
MEDIA
12:30 04.11.2013
2152

Azərbaycanda ilk xəbər formatlı televiziya kanalı fəaliyyətə başlayıb.

AZXEBER.COM xəbər verir ki, Tovuzda yerləşən və noyabrın 1-dən yayıma başlayan TTV kanalı 1 saatdan bir olmaqla gün ərzində 17 xəbər buraxılışını tamaşaçılara təqdim edir. Bundan əlavə siyasi icmallar və müxtəlif rubrikalar nümayiş etdirilir. Televiziyaya uzun müddət xəbər sahəsində çalışmış telejurnalist, siyasi icmalçı Nadir Şəfiyev rəhbərlik edir. Onun dediyinə görə, perspektivdə efirin gündəlik həcmini 24 saata çatdırmaq planlaşdırılır. Geniş informasiyanın əldə edilməsi və tamaşaçılara təqdim olunması üçün dünyanın tanınmış informasiya agentlikləri ilə müqavilələr imzalanıb, ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən region televiziyaları ilə əməkdaşlıq təşkil olunub. Yaxın gələcəkdə Rusiya, Türkiyə, İran və Gürcüstanda müxbir məntəqələrinin aşılması nəzərdə tutulur.Kadr siyasətinə gəldikdə, telekanal peşəkarlara üstünlük verməklə yanaşı, sırf xəbər formatında ixtisaslanan peşəkar kadrların yetişdirilməsi prosesini də təşkil etmək niyyətindədir. Bunun üçün xüsusi treninglərin təşkil edilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR