Azərbaycanda yol polisindən qafiyə: “KamAZ-qanmaz” – VİDEO

Azərbaycanda yol polisindən qafiyə: “KamAZ-qanmaz” – VİDEO
Bütün Xəbərlər
11:51 25.08.2014
1361
“O boyda heyvanla hara girmisən?”.
Bakıda yol polisi sürücülərin səhlənkarlığı və qaydalara əhəmiyyət verməməsi nəticəsində yaranan tıxacı aradan qaldırmaq üçün çalışarkən, müşahidəçiləri belə əyləndirən jarqonlardan istifadə edib.
AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, 10 YP 369 dövlət nömrə nişanlı yol polisi əməkdaşının bu atmacalarını piyadalardan biri çəkərək sosial şəbəkədə yerləşdirib.
Polis “KamAz” markalı yük avtomobili sürücüsünün tıxacı açmağa mane olduğunu gördükdə digər sürücülərə müraciət edib: “Bu “KamAz” qanmazı buraxın”.
Daha sonra polis tıxac yaradan növbəti maşına da əsəbiləşib:
“O boyda heyvanla hara girmisən?”
Xatırladaq ki, sürücülərdən heç birinin bu baməzə yol polisinə acığı tutmur, əksinə, istidə tıxacı açmaq üçün çalışan polisin göstərişlərinə əməl etməyə çalışırlar. Əməl etməyənlər isə cərimə əvəzinə, polisdən baməzə atmacalar alırlar...
OXŞAR XƏBƏRLƏR