Azərbaycanda yol polisinin radar biabırçılığı - FOTOLAR
Bütün Xəbərlər
17:14 05.11.2012
1999
Ələt-Astara yolunun Salyan ərazisində Dövlət Yol Polisləri əməkdaşlarının qanunsuz əməlləri aşkarlanıb. Belə ki, yol polisləri prezident İlham Əliyevin elə bu yaxınlarda təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı sənədi pozublar.AZXEBER.COM-un məlumatına görə, həmin sənədə göstərilir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat verilməlidir.Belə ki, “Yol hərəkəti haqqında” qanunda edilən dəyişikliyin 50-ci maddəsinə əlavə edilib ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.Qeyd edək ki, indiyədək yollarda yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyildi.Lakin sizə təqdim etdiyimiz bu foto qanun pozuntusudur. Belə ki, fotodan göründüyü kimi sözügedən yolda DYP əməkdaşları radarı yolun ortasına qoyaraq, sürücüləri bir-bir saxlayıb radara düşdükləri barədə xəbərdarlıq edir və onları cərimələyirlər. Hətta polis əməkdaşları bəzi sürücülərin qanun pozuntusunu elə yerindəcə “həll etməyə” üstünlük veriblər.Sürücülər isə baş verənlərin qanuna zidd olduğunu bildiriblər.DYP avtomobilinin nömrəsi fotolardan aydın göründüyü üçün, inanmaq istərdik ki, aidiyyətli qurumlar məsələyə münasibətlərini açıqlayacaqlar.