Azərbaycanda yüksək çinli məmur vəfat etdi

Azərbaycanda yüksək çinli məmur vəfat etdi
Bütün Xəbərlər
12:59 04.09.2013
1949

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini dünyasını dəyişib

APA-nın məlumatına görə, xidmətin rəis müaviniRamiz Məmmədovbir həftə əvvəl iş başında insult keçirib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən R.Məmmədov sentyabrın 3-də orada dünyasını dəyişib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, R.Məmmədov Azərbaycanın müstəqillik qazandığı ilk illərdən hərbi komissarlıq sistemində çalışıb. Bundan əvvəl o, sabiq respublika hərbi komissarı Əliağa Hüseynovun müavini olub. Müxtəlif dövrlərdə Respublika Hərbi Çağırış Komissiyasına rəhbərlik edib.

OXŞAR XƏBƏRLƏR