Azərbaycanda ZARA əleyhinə kampaniya başladı - PETİSİYA

Azərbaycanda ZARA əleyhinə kampaniya başladı - PETİSİYA
Bütün Xəbərlər
16:22 19.08.2015
20372
Dünən AZXEBER.COM xəbər portalında yayımlanan "ZARA Azərbaycan xalqını niyə sevmir?" başlıqlı yazı sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzudur. 
Məsələ ilə bağlı ZARA, Bershka, Pull & Bear, Marks & Spencer, Massimo Dutti brendlərinin ölkəmizdə rəsmi distribyutoru olan Retail Group Azerbaijan ilə əlaqə saxladıq. Retail Group Azerbaijan-dan bildirbilər ki, artıq ZARA Woman bölməsinin meneceri Darya Paulevskaya töhmət verilib. Yaxın zamanlarda isə xanımla bağlı ciddi tədbir görüləcək.
Ancaq bu qərar sosial şəbəkə istifadəçilərini qane etməyib və onlar şirkət yalan açıqlama verdiyini yazıblar. Bu səbəbdən də "Zara mağazasının Azərbaycan dilini təhqir edən meneceri Darya Paulevskaya işdən çıxarılsın" adlı petisiya yaradıblar. www.change.org saytında açılan petisiyaya bir gündə yüzdən çox insan qoşulub. 
Petisiyada yazılıb: "İrqi və dil ayrıseçkiliyi edərək Azərbaycan dilini aşağılayan və ona həqarətlə yanaşanDarya Paulevskayanın(28 Mall'da yerləşən "Zara Woman" mağazasının meneceri) işdən çıxarılması üçün imza toplama petisiyasınadəstəyinizi bildirin. İmza etməklə, dilimizə qarşı olan təkəbbürlü münasibətin aradan qaldırılmasına yardımçı olmuş olarsınız. Petisiyanın nəticələri"Retail Group Azerbaijan"şirkətinə lazımi tədbirin görülməsi üçüngöndəriləcək".
Vətəndaş İlkin Manafovun ukraynalı meneceri ilə dialoqunu bir daha təqdim edirik:
“Mən: Salam bu köynək endirim olan yerdədir, amma kassada heç bir endirim yoxdur.
Menecer: Что-оо-оо? Говорите по русски.
Mən: (diqqətlə xanımın simasına baxıb, bir 10 saniyə süküt saxladım… dedim bəlkə, danışıq tonundan bir-az utana…) Mənə menecer lazımdır, Sizsiz bu mağazada menecer?!
Menecer: Так, я не знаю Ваш язык… (simasında yazılıb ki, sən rusca bilmirsənsə, nə gəzirsən bizim mağazada)
Mən: Вы менеджер салона и не можете говорить по азербайджански?
Menecer: Да… я не обязана говорить на Вашем языке, если Вы недовольны мы можем вернуть товар.
Mən: По Вашей вине я плачу в 2 раза больше… Вам не кажется что тон разговора у Вас не правильный… bu andan sonra… ukraynalı menecer Дарья Паулевская-ın əsas siması önə çıxdı…
Menecer: Вы никто чтобы мне что-то указывать, здесь я директор (direktor dediyimiz bu Dariya 28 Mall, ZARA Woman bölməsinin meneceridir) и я знаю что говорю…я украинка и буду говорит только по русски.”
Hə-əəə… əlbəttə, bu nöqtədən sonra, məndə mən olmazdım ki, Dariyanı başa salmayım… Həm də ətrafa baxdım ki, mənimlə çox mədəni danışın Azərbaycanlı kassir oğlan, satıcılar… Dariyanın bu həyasızlığından ŞOK-dadırlar və əgər mən… burda Dariya Paulevskayaya öz yerini göstərməsəm, o elə bilər ki, butün Azərbaycanlıları…
Dedim… Dariya… burda direktor əgər varsa, oda mənəm… bilirsən niyə?!
Çünki, sən burda mənim pulumdan istifadə edib, işləyirsən, əgər mən İlkin (və ya digər Azərbaycanlılar) olmasa, sən bir manatda olsun əmək haqqı ala bilmərsən.
Çünki, sən burda mənim vətənimin paytaxtındasan və sən borclusan ki, mənə yalnız müştəri kimi, deyil, həm də yaşadığın ölkənin vətandaşı kimi hörmət edəsən, heç olmasa mənim dilimdə danışmadığının üçün üzr istəyəsən… sən Azərbaycanda, Azərbaycan dilini bilməlisən.”
OXŞAR XƏBƏRLƏR