Azərbaycanda zəlzələlər oldu - FOTOLAR

Azərbaycanda zəlzələlər oldu - FOTOLAR
Bütün Xəbərlər
13:36 07.11.2012
1678
Noyabrın 6-da gecə Xəzər dənizində və Zaqatala rayonunda zəlzələ baş verib.Saat 19:19 radələrində Nardarandan 57 km şimal-qərbdə Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.Saat 23:27 radələrində Zaqatala rayonundan 11 km cənubda baş verən zəlzələ isə Zaqatalada 3 bal gücündə hiss olunub. Dağıntı və tələfat yoxdur.Qeyd edək ki, bu gün saat 10:26-da İran İslam Respublikasında, Təbriz şəhərində də 6,1 maqnitudalı zəlzələ baş verib. Ordubaddan 92 km cənubi-şərqdə baş verən zəlzələ Lənkəran, Naxçıvan və Ordubadda 3 bala yaxın hiss olunub.
//Lent.az
OXŞAR XƏBƏRLƏR