“Azərbaycandakı sakitlik, əmin-amanlıq İranı qıcıqlandırır” - Deputat

SOSİAL
11:57 03.04.2023
1203
"Bu gün dünyadakı geopolitik vəziyyətə baxın. Dəfələrlə demişəm, son illərdə, iki il yarımda Azərbaycanın dörd bir tərəfində bizim qonşuların və ya uzaq ölkələrin vəziyyəti bizdən istər siyasi tərəfdən, istər iqtisadi tərəfdən, istərsə də, hərbi tərəfdən çox xoşagəlməzdir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan bu iki qitələrin arasında yeganə sülh adasıdır: "Sakitlik, əmin-amanlıq, iqtisadi artım, siyasi plüralizm, inkişaf və hakimiyyətin qoyduğu bütün məqsədlərə çatması, problemləri mərhələ-mərhələ həll etmək, milli maraqları üstün tutmaq, bunların hamısı Azərbaycanda tam həyata keçirilir. Ona görə də təbiidir ki, bu, İranı qıcıqlandırır. İranın özündə problemlər günbəgün artır. İstər iqtisadi problemlər, istər siyasi problemlər, istər insanların arasında narazılıq və bunları ermənilərlə sıx dostluq etməsi, bir-birinə dəstək olması da ikinci səbəbdir”. 

Deputat deyib ki, bu gün Azərbaycanı əksər dövlətlər dəstəkləyir:

"İran tərəfinin bəyanatları, hərbi strukturlarının rəhbərlərinin, bəzi siyasi xadimlərinin Azərbaycana hədə-qorxu gəlməsi, yaxud nəsə problem yaratması, bunları fəlsəfi nöqteyi-nəzərdən qəbul edirəm. Bu gün Baxmayaraq ki, Azərbaycanın İrandan əhalisi də, ərazisi də azdır, amma söhbət beynəlxalq və siyasi dəstəkdən gedir, hörmətdən, münasibətdən gedir. Bu gün Azərbaycanı əksər dövlətlər dəstəkləyir, Azərbaycana kömək eləməyə hazırdılar. Ona görə ki, Azərbaycan bütün problemlərini özü həll edir. İstər müharibə məsələsində, istər iqtisadi məsələdə biz heç kimdən heç nə xahiş etmirik. Sadəcə olaraq, təklif edirik ki, bir yerdə işləyək, bir yerdə beynəlxalq layihələr quraq və xalqlar, insanlar bunun bəhrəsini görsün”.

"Təbiidir ki, bunlar İranı qıcıqlandırır, narahat edir, ermənilər təsir göstərir. Amma biz çox sakit formada lazım olan yerdə cavabları veririk, lazım olan yerdə addımlar atılır. Biz bu gün siyasi xəritədə ən güclü dövlətlərdən biriyik, ona görə ki, həqiqət, beynəlxalq hüquq, ədalət bizimlədir”, - deyə deputat əlavə edib.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR