Bu gündən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə)çarter aviareysi açılıb.
AZXEBER.COM-un “Report”-a istinadən verdiyi məlumata görə, bu gündən iyulun 23-nə qədər həftədə bir dəfə -cümə axşamı günləri Bakıdansaat13:45-də reallaşacaq reyslər müxtəlifturpaketlər daxilində satılır.
Reyslər iyulun 24-dənavqustun sonuna qədər isəhəftədə iki dəfə -bazar ertəsi və cümə axşamı günləritəşkil olunacaq.
Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 8 güngecələmək və qida xidmətləri daxil olmaqla 1990 manat, 4 ulduzlu hotel üçün -2244 manat, 5 ulduzlu hotel üçün isə4464 manatdan başlayır.
Qeydedək ki, aviareyslər "Montenegro Airlines" şirkəti tərəfindən "Embraer-190" təyyarəsi iləhəyata keçirilir. Bu ilin aprel-sentyabr ayları ərzində Monteneqro Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib.