Azərbaycandan Ermənistana kömək təklifi

Azərbaycandan Ermənistana kömək təklifi
Bütün Xəbərlər
14:35 11.02.2012
2898
Azərbaycan hökuməti İrəvan şəhərinin tarixi simasının canlandırılması üçün bu şəhərin xəritələrini və cizgilərini Ermənistana verməyə hazırdır.AZXEBER.COM-un “İnterfaks-Azərbaycan”a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov bildirib.Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti paytaxt İrəvanın qədim mərkəzini bərpa etmək niyyətində olduğunu açıqlayıb. “Əgər həqiqətən İrəvan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi şəkilləri və cizgiləri erməni tərəfinə verə bilərik”, – deyə F. Axundov vurğulayıb.F. Axundovun sözlərinə görə, Azərbaycanda İrəvan şəhərinin məşhur avropalı və rusiyalı rəssamlar tərəfindən çəkilmiş şəkilləri, həmçinin köhnə İrəvan şəhərinin çoxlu cizgiləri var.F. Axundov onu da qeyd edib ki, qədim İrəvanı qurmaq istəyən ermənilər Qafqazda ən gözəl binalardan biri hesab olunan Xan sarayını 1964-cü ildə məhv ediblər: “Vandalizmin nəticəsi olaraq XVI əsrə məxsus İrəvan qalası bütün tikililəri ilə birlikdə məhv edilib. Ona görə ki, bu abidə Azərbaycan memarlığının şah əsəri idi”.
OXŞAR XƏBƏRLƏR