Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyən İran vətəndaşı SAXLANILDI

SOSİAL
18:39 30.11.2021
205
Xarici valyutanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda ölkəmizdən İran İslam Respublikasına gedən həmin ölkə vətəndaşının idarə etdiyi "Jack” markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb.

Aparılan yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən 22 260 ABŞ dolları aşkar edilib.

OXŞAR XƏBƏRLƏR