Azərbaycan Prezidenti cənab İlham Əliyev 6 aprel 2026-cı il tarixində Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır və artıq strateji tərəfdaşlıq xarakteri daşıyır.
Prezident qeyd edib ki, hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. O, həmçinin vurğulayıb ki, mövcud geosiyasi şəraitdə bu əməkdaşlığın əhəmiyyəti daha da artır.
Bəyanatda iqtisadiyyat, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin önəmi xüsusi qeyd olunub. Gələcəkdə investisiya imkanlarının genişlənəcəyi və regional əməkdaşlığın daha da dərinləşəcəyi bildirilib.
Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafının vacibliyi də diqqətə çatdırılıb.
Ümumilikdə, səsləndirilən fikirlər Azərbaycan–Gürcüstan münasibətlərinin davamlı inkişaf etdiyini və gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Müəllif: Qədir Kazımov
Göygöl RİHB Aparatının aparıcı məsləhətçisi











































