Azərbaycanı ‘Eurovision 2015’də makedoniyalı müğənni təmsil edəcək? - AÇIQLAMA

Azərbaycanı ‘Eurovision 2015’də makedoniyalı müğənni təmsil edəcək? -  AÇIQLAMA
Bütün Xəbərlər
16:01 11.12.2014
1199

Azərbaycanı “Eurovision 2015” mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Trend"-ə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbərlər həqiqətəuyğun deyil.

İTV bəyan edir ki, hazırda "Eurovision 2015" mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib.

OXŞAR XƏBƏRLƏR