23.55 - Münsiflərin seçiminə görə bu il Azərbaycanı "Eurovision"da Səbinə Babayeva təmsil edəcək.23.10 - Hazırda Heydər Əliyev sarayında Türkiyənin "Eurovision" təmsilçisi Can Bonomo çıxış edir.22.30 İsmayıl Ömərov (İctimai Teleradionun Baş direktoru), Tünzalə Ağayeva (müğənni), Zümrüd Dadaşzadə (müsiqişunas), Zülfiyyə Xanbabayeva (müğənni), Mənzər Nurəliyeva (Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi), Faiq Sücəddinov (bəstəkar) və Rauf Babayev (bəstəkar) az sonra Azərbaycanın "Eurovision" təmsilçisini seçəcəkMinsiflər heyəti 5 ifaçı arasından Azərbaycanın Eurovision 2012 təmsilçisini seçəcək. Milli Finalda Orxan Kərimli, Arzu İsmayilova, Fəqan Səfərov, Elton İbrahimov və Səbinə Babayeva mübarizə aparır.21.25 - Hazırda finalçılar çıxış edir21.00- AZXEBER.COM xəbər portalının rəsmi "facebook" səhifəsində "Azərbaycanı "Eurovision"da kim təmsil etsin?" sorğusu keçirilib və sorğunun qalibi Səbinə Babayeva olub. 20.35 -«Eurovision-2012» milli seçim turunun yekun gecəsi başladı“Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının kimliyi bu saatlarda bəlli olacaq.AZXEBER.COM-un məlumatına görə, «Eurovision-2012» milli seçim turunun final mərhələsinə 5 iştirakçı Orxan Kərimli, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Arzu İsmayılova vəsiqə qazanıb.