Azərbaycanı ‘Eurovision’da təmsil edəcək Fərid Məmmədov haqqında - FOTOSESSİYA

FOTOSESSİYA
00:11 16.03.2013
18632

Dünən Azərbaycanda "Eurovision-2013"də ölkəmizi təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə milli seçimin final mərhələsi baş tutub.

AZXEBER.COM-un məlumatına görə, münsiflər heyəti İsveçin Malmö şəhərində keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək ifaçı qismindəFərid Məmmədovu seçib. Məlumata görə, finalda 10 yarışmacı -Vüqar Məmmədov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Valeriya HüseynzadəvəAysel Babayevaiştirak ediblər. Milli seçim 8 həftə ərzində keçirilib və 8 qrupda 80 iştirakçı yarışıb. Qaliblər isə tamaşaçıların və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib. Bəs, Fərid Məmmədov kimdir?

Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda doğulub. Orta təhsilini Elitar gimnaziyada alıb. O, 2 nömrəli musiqi məktəbində də oxuyub. Eyni zamanda Fərid uşaq yaşlarında kapuera ilə məşğul olub. Altı yaşından isə əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər”qrupunun solistidir. F.Məmmədov musiqiçi ailəsində doğulmayıb. Onun anası Maya Məmmədova akrobatika üzrə SSRİ komandasının üzvü olub. Atası Asif Məmmədov cüdo üzrə idman mütəxəssisidir.  Hazırda Fərid Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursunda təhsil alır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir