Azərbaycanı Portuqaliyada təmsil edəcək xanımı siz də tanıyın - FOTOLAR

Azərbaycanı Portuqaliyada təmsil edəcək xanımı siz də tanıyın -  FOTOLAR
MƏDƏNİYYƏT
17:00 04.04.2013
3245

Tanınmış rəssam, bu yaxınlarda Azərbaycanı Portuqaliyada təmsil etməyə hazırlaşan Mehriban Əfəndinin müsahibəsini təqdim edirik:

- Mehriban xanım, özünüzü necə təqdim etməyi sevirsiniz?- Mən – Mehriban Əfəndi surrealist rəssam və kinematoqrafçıyam. Beynəlxalq Redians mükafatının laureatıyam.- Rəssamlığa maraq sizdə haradandır? Bu meyil ailədən gəlir, yoxsa?- Ailədən demək də olar, deməmək də. Düşünürəm ki, bu, genetik ola bilər, çünki qohumlarımız da rəssam olub. Ancaq bu, vergidir və mən buna görə ilk öncə Allaha minnətdaram. Sonra isə mənə tərbiyə verən, gözəlliyi görməyi və dəyərləndirməyi öyrədən valideynlərimə.Sizə tam səmimi deyim ki, qeyri-adi hissləri mən 5 yaşında ikən meditativ hiss formasında, sanki kainatın səsini eşidən kimi öz dünyama qəbul etmişəm. Bundan 2 il sonra 7 yaşından etibarən aldığım informasiyaları kağıza köçürməyə, yəni dayanmadan şəkil çəkməyə başlamışam.Ailəmizdə anamın ilk illərdə mənim rəssam olmağıma narazılığı ilə üzləşmişəm və onun razılığını aldığım dövrdən peşəkar dərəcədə bu sənəti öyrənməyə başlamışam. Nəslimizdə 3 yaradıcı insan var ki, onlar Azərbaycanın fəxrləridir. Bunlar Əlisəttar Atakişiyev - kinorejissor-rəssam, Lətif Feyzullayev - rəssam, bəstəkar - Tofiq Quliyevdir. Atam tikinti sahəsində məşhur mühəndis Cahanşir Əfəndiyevdir. O, Bakı şəhərinin bir çox görkəmli tikililərinin, körpülərinin və hətta sirkin binasının inşasının da rəhbəri olub.- Bu günə qədər neçə sənət əsərinin müəllifisiniz?- 50-dən çox. Mən həm rəssam kimi, həm də Azərbaycanın bir çox filmlərinin geyim rəssamı və quruluşçu rəssamı kimi fəaliyyət göstərirəm. Bunlar arasında Rasim Ocaqovun “Otel otağı”, Hüseyn Mehdiyevin “Özgə vaxt”, “Məkanın melodiyası” filmləri, “Hacı Qara” filmi, “Qırmızı qatar” və s. filmlər var. Həmçinin “Absurdistan” filmi də bunlardandır. Geyim rəssamı işim bu filmə 3 beynəlxalq mükafat gətirib. 2008-ci ildə Almaniyanın ən yaxşı geyim rəssamı adına namizəd olmuşam. 2010-cu ildə “Cinema and costume of Moulins” film festivalında bu filmə Fransada ən yaxşı geyimə görə 1-ci yer verildi. Həmin il bu filmə Makedoniyada “Scopja of Macedonia” film festivalında da geyimə görə I yer verildi.Rəssam kimi bir çox beynəlxalq sərgilərin iştirakçısıyam və əsərlərim bir çox ölkələrdə kolleksiyalardadır. Məşhur Amerika yazıçısı bu yaxınlarda ABŞ-da ekranlaşdırılan “Hunger Games” filminin ssenaristi, bestseller yazıçı Suzanna Kolinsin favorit hesab etdiyi sənət adamları sırasında adım sadalanıb və mənim yaradıcılığıma yüksək rəy yazılıb. 2010-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq müsabiqənin laureatıyam. Azərbaycanda əsərlərimi Azərbaycan Mədəniyyət Nazirliyinin muzey mərkəzinin, Müasir incəsənət qalereyasının sərgilərində görmək olar.- Bildiyim qədərilə bir neçə gün sonra Portuqaliyada Azərbaycanı təmsil edəcəksiniz. Bu haqda məlumat verməyinizi istərdim.- Bu layihə 2010-cu ildə Portuqaliyanın Bissaya Barreto fondunun təşəbbüsü və layihənin kuratoru, rəssam Santiaqo Ribeyronun başçılığı ilə keçirilən, dünya üzrə yaşayıb yaradan peşəkar surrealist rəssamların tapılıb bir araya gətirilərək, böyük bir sərginin Portuqaliyada açılışı ilə birlikdə təkan alıb. Proyekt “Surrealizm - bu gün” başlığı altında gedir və mən də həmin proyektə 2010-cu ildə onların dəvəti ilə qatılmışam. O zamandan indiyədək Azərbaycanı onların keçirdiyi beynəlxalq sərgilərdə surrealist rəssam kimi təmsil edirəm. Bu proyekt ümumdünya xarakteri alıb və Avropanın bir çox ölkələrində sərgilənib.Hazırda surrealizm Lissabonda daha çox ölkələrin qatılması ilə geniş vüsət alıb və CA qalereyasında 10 apreldən başlayaraq mayın 6-dək 27 rəssamın əsərlərinin nümayişi ilə keçiriləcək. Səyahət edən bu sərgi artıq Fransadan da dəvət alıb. Layihənin 2010-cu ildə 56 rəssam və 31 ölkənin nümayəndəsi ilə yaradılan qurumunun iştirakçılarına daimi olaraq Portuqaliyada pulsuz tarixi bir bina yeri və qalereya ayrılıb. Bu bina əsərlərimizi sərgiləmək üçün nəzərdə tutulub.- Rəssamlara yaradılan şərait sizi qane edirmi?- Bizim dövlətin incəsənətə olan diqqətini dəstəkləyirəm. Xalqımızın çox müasir və incə zövqə malik olduğu tarixən xalçalarımızda, əl işlərində, ipək parça istehsalında, qədim ornamentlərdə və miniatür rəsm sənətində, hətta ilk rəssamlıq nümunəsi olan Qobustan qaya rəsmlərində də görünür. Muğam mistik musiqisi olan xalqın övladı olmağımla fəxr edirəm və vətənimin adını hər zaman yüksəklərə qaldırmaq və dövlət naminə çalışmaq mənə həzz verir.- Bu sənətdə ən böyük hədəfiniz nədir?- Ən böyük hədəfim daim yaradıcılığım ilə dünyaya və insanlara gözəllik aşılamaq və mistik anlamların, həqiqətin açıqlanmasıdır.- Son olaraq oxucularımıza nə demək istərdiniz?- Təhtəlşüurunuzun səsinə qulaq asın və Ana torpağı sevin, bəsləyin, öz təbiətinizin əksinə getməyin.Hacıbəy HeydərliGün.Az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir