'Azərbaycanımın inkişafı-10 il' müsabiqəsinə start verildi

GƏNCLİK
16:30 13.05.2013
1245

Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yoluna dair fotomüsabiqə keçirilir.

AZXEBER.COM xəbər verir ki, “İrəli” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu tərəfindən irəli sürülən təşəbbüs nəticəsində start verilən layihədə hər kəs iştirak edə biləcək.“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, müsabiqədə yalnız peşəkar deyil, həm də həvəskar fotoqraflar iştirak edə bilərlər.O qeyd edib ki, müsabiqə üçün göndərilən şəkillər ilkin baxışdan uğurla keçdikdən sonra Prezident İlham Əliyevin Facebook sosial şəbəkəsindəki rəsmi profilində paylaşılacaq və ən çox bəyənilən şəkillər qalib gələcək.İlin sonuna qədər davam edəcək müsabiqə çərçivəsində hər ay qaliblərin müəyyənləşdirilməsi planlaşdırılır. Müsabiqənin yekununda isə həmin fotolardan ibarət sərgi keçiriləcək.Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə bildirib ki, müsabiqənin Azərbaycanın bütün regionlarında keçirilməsi üçün xüsusi təşkilat komitəsi yaradılıb. Bu komitə regionlardakı insanların da müsabiqədə iştirak etməsi üçün təbliğati və təşkilati işlərlə məşğul olacaq.Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATDTİ) sədri Şahin İsmayılov tələbələrin Azərbaycanda son 10 ildə olan inkişafını şəkillərlə ifadə etməsi üçün də şərait yaradılacağını deyib.O bildirib ki, təşkilatın Azərbaycandakı 80-dək universitet və orta təhsil müəssisələrindəki nümayəndəliyində müsabiqənin təşkil edilməsi üçün geniş işlər aparılacaq.Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumunun (ASAİF) baş katibi Vüsal Qurbanov bildirib ki, təşkilatın 53 ölkədə olan 253 nümayəndəliyində müsabiqə təbliğ ediləcək.Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər fotolarını [email protected]/* */ elektron ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR