Azərbaycanın 12 il axtardığı ‘killer’ tutuldu

Azərbaycanın 12 il axtardığı ‘killer’ tutuldu
Bütün Xəbərlər
13:02 20.07.2013
3179

45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub.

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan şəxs Qazaxıstanda həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişli qətl törətməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib. Azərbaycan Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR