Azərbaycanın 3 yerində yanğın baş verib

Azərbaycanın 3 yerində yanğın baş verib
Bütün Xəbərlər
10:11 10.07.2013
784

Ötən gecə Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib. 

AXEBER.COM-un FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzildə yanğın baş verib. Nəticədə mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan bir otağının lambirdən ibarət tavanı 36 kv.m sahədə və otaqda olan elektrik avadanlıqları qismən əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 1 mərtəbəli 2 otaq və eyvandan ibarət evdə baş vermiş yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları, eyvanın yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik olan ev yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus "CHEVROLET" markalı minik avtomobilinin ön hissəsi (qapı, kapot, elektrik lövhəsi və 1 ədəd təkər) yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb. 

OXŞAR XƏBƏRLƏR